Gəncədə maşın divara çırpıldı
Qəza zamanı avtomobildə olan 5 nəfər - sürücü Surac Abdullayev, 10 yaşlı Fatimə Mirasliçenko, 26 yaşlı Ruslan Mirasliçenko, 22 yaşlı Arsen Doçenko və 37 yaşlı Sergey Mirasliçenko Mirasliçenko ağır bədən xəsarətləri ilə Abbas Səhhət Adına 1 saylı şəhər xəstəxanasına, avtomobilin digər 2 sərnişini Anjela Mirasliçenko və Ruslan Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq VAZ-ın sürücüsü Surac Abdullayev xəstəxanada vəfat edib. Qəzanın digər iştirakçılarının bir neçəsinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə şahidlərinin bildiridiyinə görə, qəzaya yüksək sürət və sürücünün spirtli içkinin təsiri altında olması səbəb olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(KəpəzTv)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


