Qaxda iki uşaq atası itkin düşdü
Qax şəhəri, Azərbaycan prospekti ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Qabulov ötən gecə evdən çıxıb və qayıtmayıb.
Onun ailə üzvlərinin sözlərinə görə, Əhməd Qabulov gecə 2 radələrində evdən çıxıb və geri qayıtmayıb: "Dünəndən etibarən onun harada olduğu məlum deyil.
Əhməd Şükürovun əlamətləri-arıq bədən quruluşlu, boyu 167 santimetr, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində boz pencək, boz köynək, qara şalvar və qara rəngli boğazlı çəkmə olub".
Onu görənlərdən Qax RPŞ-ə ilə əlaqə saxlamaları xahiş olunur. Tel: (024) 255-23-52
Qeyd edək ki, Ə.Qabulovun iki azyaşlı övladı var.
AzVision.az
Teqlər: