Güclü leysan Tovuza ciddi ziyan vurub
“Güclü leysan və dolu Tovuzun Köhnəqala, Yanıqlı kəndlərində insanların fərdi təsəürrüfatlarına, əkin sahələrinə ziyan vurub, bəzi evlərin dam örtükləri sıradan çıxıb. Elektrk naqillərində də problemlər yaranıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən iş aparılır”.
Tovuz rayon İcra Hakimiyyətindən verilən məlumata görə, təbii fəlakət nəticəsində 500 hektardan çox kartof sahəsinə ziyan dəyib, meyva bağları yararsız vəziyyətə düşüb.
Hafiz Əhmədov
AzVision.az