Qardaşın bacısını öldürməsinin səbəbi - `Deyib ki, niyə səs salırsan?`

AzVision.az Region TV-yə istinadən xəbər verir ki, ailənin yaxınları hadisənin qeyri-ciddi səbəblərdən baş verdiyini danışırlar:
“Səhər tezdən durub ki, hazırlaşsın işə getsin. Nəsə səs olub. Bu da yerindən durub, gəlib deyib ki, niyə səs salırsan? Qız sonra oğlana deyib ki, niyə mən nəsə səs eləyəndə, deyirsən ki, səni təpiyimin altına salacağam? Oğlan da qayıdıb ki, az danış. Sonra da mübahisə başlayıb”.
Cinayət baş verən əraziyə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu müvafiq ekspertiza təyin ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində Emin Çobanov saxlanılıb. Qonşuların verdiyi məlumata görə,qardaşla bacı arasında bu cür mübahisələr tez-tez baş verib.
AzVision.az