Artıq həmin ərazidə “Sumqayıta 1 manata”, “Gəlin, bir yerim qaldı” kim şüarlar səsləndirən taksi sürücülərini də görmək mümkün deyil. Sakinlərin şikayəti əsasında taksi sürücüləri oradan uzaqlaşdırılıb.
Bakının girişində illərdir öyrəşdiyimiz mənzərədən əsər-əlamət qalmayıb. “Şamaxinka” və “20 Yanvar”da indiyə kimi şahidi olmadığımız sakitlik hökm sürür.
.jpg)
Qeyd edək ki, yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülən ərazidə dayanma-durma qaydalarını pozduğu üçün 3 gün ərzində 2300-ə qədər sürücüyə protokol tərtib edilib. 100-ə yaxın sürücü eyni xətanı törətdiyi üçün təkrar cərimələnib.
.jpg)
.jpg)
.jpg)
Foto: Elvin Abdulla
AzVision.az