Bu gün 35 dərəcə isti olacaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacaq.
Mayın 29-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: