Şimşək çaxacaq, dolu düşəcək
Bu gün Azərbaycanın rayonlarında havanın əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 25-30, dağlıq rayonlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi xəbərdarlığa gəlincə isə, iyunun 1-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
AzVision.az
Teqlər: