Azərbaycanda yaşlı ər-arvad qətlə yetirilib
Kənd sakinləri 74 yaşlı Səyyad Ələsgərov və həyat yoldaşı 88 yaşlı Bəsti Alıyevanın yaşadıqları evdə meyitləri tapılıb. Yaxınlıqda yaşayan qonşular dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Meyitlər Gədəbəy Rayon Məhkəmə Tibbi Ekspertizasına aparılıb və üzərilərində zorakılıq əlamətləri aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokuroluq əməkdaşları zəruri istintaq tədbirləri həyata keçirirlər.
AzVision.az