Bakıda avtobusun vurduğu piyada öldü
Məlumata görə, iyunun 1-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Mehman Əliyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Elnur Babazadəni vurub.
Xəstəxanaya yerləşdirilən E.Babazadə iyunun 2-də orada ölüb. Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: