Şəhid kapitanın bacısı ölümdən xilas oldu - FOTO
Şəhid atası Çingiz Quliyev çıxış edərək, ailəsində ikinci itkinin yaşanmasına imkan vermədiklərinə və qızının müalicəsinə göstərilən diqqətə görə şəhər icra hakimiyyətinin və səhiyyə idarəsinin rəhbərliyinə, eləcə də xəstəxananın kollektivinə dərin minnətdarlığını bildirib.
Qeyd olunub ki, doğuşdan bir müddət sonra qanaxma diaqnozu ilə Gəncə şəhər perinatal mərkəzinə gətirilən Filyar Quluzadə həkim və cərrahların birgə konsiliumundan sonra təcili cərrahi əməliyyata götürülüb. Ciddi müalicə kursları nəticəsində ümumi vəziyyəti stabilləşdikdən sonra xəstə üzərində ikinci əməliyyat aparılıb. Dörd saata yaxın davam edən ağır əməliyyatı professor Əlikram Məmmədov icra edib.
Vurğulanıb ki, bu mürəkkəb əməliyyatlar paytaxt Bakı ilə yanaşı, regionlarda da tibb müəssisələrinin inkişafından xəbər verir. Bütün xəstələr kimi, şəhid bacısının həyatını xilas etmək tibb işçilərinin həm vəzifə, həm də mənəvi borcudur. Gəncə şəhərinin səhiyyə işçiləri bütün bilik və bacarıqlarını səfərbər etdilər ki, qəhrəmanının bacısı, gənc ana sağlamlığına qovuşaraq ailəsinin, körpəsinin yanına qayıtsın. (Azərtac)
AzVision.az
Teqlər: