İstirahət gününün hava proqnozu açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 17-21 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 27-29 dərəcə isti olacaq.
İyunun 5-də Azərbaycanın rayonlarında – əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 17-22 dərəcə isti, gündüz 29-33 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
AzVision.az