Şəkidə güclü külək: elektrik dirəkləri aşdı, evlərin damı uçdu
Güclü külək nəticəsində əhaliyə məxsus mal tövlələrinin dam örtüyünə ziyan dəyib. Yevlax-Zaqatala-Gürcüstan yolunun bu kəndlərin ərazilərindən keçən hissəsinin kənarında bir neçə ağac aşıb. Leysan yağış nəticəsində bir neçə evin həyətini və zirzəmilərini su basıb. Su Yevlax-Zaqatala-Gürcüstan yolunun Cumakənd və Şorsu kəndlərindən keçən hissəsinə də çatıb.
Şəki Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yaradılmış işçi qrup və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları əraziyə ezam olunub, dəymiş ziyan hesablanır.