51 yaşlı kişi özünü niyə öldürdü? - Təfərrüatlar
Ailəli və iki övladı olan 51 yaşlı E.Heydərov 1 ildir psixoloji problemlər yaşayırmış. O, bundan əvvəl də intihara cəhd edib, özünü asaraq intihar etmək istəyib.
E.Heydərovun psixoloji problemləri ötən ilin may ayında baş verən verən dəhşətli avtomobil qəzasından sonra yaranıb. Belə ki, Sabirkənddə qatarla “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində E.Heydərovun 1996-cı il təvəllüdlü oğlu da xəsarət alıb. Qəza zamanı digər sərnişin və sürücü faciəli şəkildə dünyasını dəyişib.
Şəmkir rayon Sabirkənd icra nümayəndəsi İdris Əbdürrəhmanov da intiharın səbəbini belə izah etdi: “Elmar mənim sinif yoldaşım olub. Onun psixoloji problemləri bu qəzadan sonra baş verdi. Sakit və mülayim insan idi. Əsəbləri tamamilə korlanmışdı. Atası rəhmətə gedib. Anası da təqaüddə olan müəllimədir. Çox yaxşı ailədir. Lakin Elmarın başına belə bir hadisə gəldi. Bəzən baş ağrıları elə olurdu ki, dözə bilmirdi”.
Qeyd edək ki, E.Heydərov şəxsi təsərrüfatla məşğul olub. (Musavat.com)
AzVision.az
Teqlər: