Şəkidə 62 yaşlı kişini ilan sancıb

Şəkidə 62 yaşlı kişini ilan sancıb
  09 İyun 2016    Oxunub:1653
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Qoxmuq kənd sakini, 1954-cü il təvəllüdlü Fərrux Rəcəb oğlu Səmədov xəstəxanaya daxil olub.
AzVision.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, məlum olub ki, 62 yaşlı Fərrux Səmədov yaşadığı kəndin yaxınlığındakı dağlıq ərazidə işləyərkən ilan qəfildən onun sol qolunun bilək nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fərrux Səmədova lazımı tibbi yardım göstərilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Fərrux Səmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti