İsmayıllıda sürüşmə – 7 ailə çadırlara köçürülüb
Onun sözlərinə görə, hazırda Sərsurə kəndində 7 ev təhlükə altındadır: “Evlərdə fəsadlar yaranıb, çatlar əmələ gəlib. Torpaq sürüşməsinə görə, 7 ailə təxliyə olunub və sakinlər təhlükəsiz əraziyə köçürülüblər. Ailələrə çadırlar verilib. Onların bəziləri qohumlarının, yaxınlarının evinə köçüb”.
İsmayıllıda leysan yağışlarının davam etdiyini deyən R.Ağayev bildirib ki, sürüşmə prosesi dayanmayanadək heç bir tədqiqat və qamza işləri aparılmayacaq.
Aytən Zəhra
AzVision.az