Ermənistana keçən qadının görüntüləri - FOTOLAR
Onun sözlərinə görə, qızı bir neçə gün əvvəl Qazaxda müalicə aldığı xəstəxanaya gedəcəyini deyib.
Ailə üzvlərinin dediyinə görə, Q. Ələkbərovanın Ermənistan tərəfə keçməsi xəbərini rəsmi qurumlardan öyrəniblər.
Qeyd edək ki, Q. Ələkbərova Qazaxda ruhi xəstəxanada müalicə alan ailənin tək övladı olmayıb. Onun bacısı da ruhi xəstəlikdən əziyyət çəkir. Bir qardaşı isə Qazaxda olan xəstəxanada müalicə alarkən dünyasını dəyişib.
9 uşaqlı ailədə böyüyən 1977-ci il təvəllüdlü Q. Ələkbərova təxminən 4 gün əvvəl səhər saatlarında yaşadığı evi tərk edib. (Apa)
AzVision.az