Heydər Əliyevlə bağlı intellektual yarış keçirilib
Bu barədə “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin prezidenti Əsgər Məmmədov məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi Bakı şəhərinin Binəqədi və Nizami rayonunda məktəblilərin tarixə olan maraqlarını artırmaq, müasir Azərbaycan tarixində Ümumilli Liderimizin Azərbaycanın yaradıcısı olaraq keçdiyi yollarla yaxından tanış etmək, müasir Azərbaycan tarixinin dərindən mənimsənilməsi üçün məktəblilər arasında güclü rəqabət mühiti yaratmaqdır.
“Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində həyata keçirdiyimiz ilk tədbir olan Bakı şəhər Nizami rayonunda fəaliyyət göstərən məktəblər arasında “Heydər Əliyev və müasir Azərbaycan tarixi” adlı intellekrual yarış bu gün baş tutdu. Yarışda Nizami rayon 62 saylı orta məktəbin şagirdləri 1-ci yerə layiq görüldülər. Bütün şagirdlərdə bu mövzuya olduqca böyük maraq, həvəs müşahidə olundu. Və eyni zamanda bu hal bizə, vətəndaş cəmiyyətinin hər bir üzvünün üzərinə böyük öhdəlik qoyur. Bu mövzuda olduqca həssas olmağı, böyük diqqət göstərməyi, düzgün, doğru məlumat çatdırmağı bizdən tələb edir.
Layihənin rəhbəri Fidan Yusiflinin verdiyi məlumata görə, layihənin davamı olacaq növbəti yarışmada Binəqədi rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin bilikləri qiymətləndiriləcək.
Teqlər: