Bu avtobusların hərəkət istiqaməti dəyişir
Yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün nəqliyyat vasitələri Cənub tərəfdən – Ələt-Astara-Salyan yolunun 14 km-dən 20-ci sahə, Bayıl qəsəbələri, Bayraq meydanı, eləcə də Cavanşir körpüsü ətrafından Cənuba doğru gedən sürücülərin nəzərinə çatdırılır ki, alternativ variant olaraq, Afiyyədin Cəlilov–Yusif Səfərov, Yusif Səfərov–28 May küçələri kəsişməsindən, 10-cu zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsindən, Səməd Vurğun və Bülbül küçələrindən Fizuli küçəsi ilə kəsişən hissəsində istiqamət dəyişilir.
Bakı Nəqliyyat Agentliyi olaraq biz də “Formula-1” üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, “Avtomobilsiz 7 gün” devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır və ictimai nəqliyyatdan istifadəyə dəvət edirik.
Məhdudiyyət qoyulan yollar üzrə hərəkət edən marşrut xətlərinin siyahısı: 5-6-124-88-195-53
Aytən ZƏHRA
AzVision.az