10-cu günün duası, imsak və iftar vaxtı

10-cu günün duası, imsak və iftar vaxtı
  16 İyun 2016    Oxunub:3511
Sabah Ramazan ayının 10-cu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 16-da Bakıda imsak saat 03:08, iftar isə saat 20:29-dadır.

Ramazan ayının 10-cu gününün duası: "Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi: "İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

Allah orucunuzu qəbul etsin!

AzVision.az


Teqlər:





Xəbər lenti