Tərtərdə hərbi sursat partladı - Yaralı var (VİDEO)

Tərtərdə hərbi sursat partladı - Yaralı var (VİDEO)
  16 İyun 2016    Oxunub:3634
"İçəridə oturmuşduq, möhkəm partlayış səsi gəldi"
AzVision.az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

Hadisə rayonun Əskipara kəndində qeydə alınıb. Əslən Laçın rayonundan olan məcburi köçkün,8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantıya od vurub.

Bundan sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb. Yanıq xəsarəti alan Elvin HüseynliTərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir.

“İçəridə oturmuşduq, möhkəm partlayış səsi gəldi. Hamımız çölə çıxdıq, dedik bu nədir? Bəlkə, erməni atdı. Gördük ki, uşağın biri yaralanıb. Gördük ki, uşağın sifəti yanıb”-deyə xəsarət alan uşağın əmisi Ayaz Hüseynov bildirib.




Teqlər:  





Xəbər lenti