Bakıda 48 yaşlı qadın özünü yandırdı

Bakıda 48 yaşlı qadın özünü yandırdı
  16 İyun 2016    Oxunub:2099
Bakıda daha bir intihar hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Zənfurə Əsəd qızı Əhmədova üzərinə yancaq tökərək özünü yandırıb. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti