Ağstafada qəbiristanlıqdan oğurluq olub

Ağstafada qəbiristanlıqdan oğurluq olub
  17 İyun 2016    Oxunub:2210
Ağstafada məzarlıqdan oğurluq edilib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində baş verib. Kənd qəbiristanlığında dəfn edilən Vidadi Yolçuyevin məzarının ətrafında olan dəmir hasar oğurlanıb.

10 metrə yaxın uzunluğu olan dəmirdən hazırlanan hasar qəbir daşlarını qəbiristanlıqda otlayan mal-qaradan qoruyur. Yolçuyevlər belə hadisələrin baş verməsini məzarlıqda gözətçilərin olmaması ilə izah edirlər. Gündüz saatlarında orada çalışan Şamo Əliyev isə gözətçi kimi məvacib almasa da, məzarlığı qoruduğunu deyir. Amma o, gecə saatlarında evinə getdiyindən oğurluq hadisəsindən xəbərsiz olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti