16 və 17 yaşlı gənclər boğularaq öldülər

 16 və 17 yaşlı gənclər boğularaq öldülər
  19 İyun 2016    Oxunub:2243
Bu gün Azərbaycanda iki boğulma hadisəsi qeydə alınıb.
AzVision.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbirabad rayonu, Suqovşan kəndi ərazisindən keçən Beton kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 20 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2000-ci il təvəllüdlü, Cəfərov Emin İlqar oğlunun cəsədi batdığı yerdən 350 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa Mingəçevir şəhəri ərazisindən keçən Kür çayında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1999-cü il təvəllüdlü, İsmayılov İntiqam Arif oğlunun cəsədi tapıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti