Sərxoş sürücü 2 nəfəri öldürdü

51 yaşlı Faxrədin Fəzail oğlu Abbasov və 55 yaşlı Şakir Bəşir oğlu Bəşirov isə xəsarət alıb.
Hadisəyə səbəb sürücünün içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi olub.
Qeyd edək ki, hadisə bu gün Ucar Rayonunun Türkəci kəndində qeydə alınıb. Zakir Bəşirov içkili vəziyyətdə idarə etdiyi 34 BA 013 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik maşınını yoldan çıxararaq ağaca çırpıb. Nəticədə, 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
AzVision.az
Teqlər: