Sumqayıtda maşın üç piyadanı vurub
Nazirlikdən bildirilib ki, Sumqayıt şəhər sakini Samir Mirzəzadə idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış həmyerliləri Şahsənəm Camalovanı, İqbal Məmmədovu və Tofiq Həmidovu vurub. Piyadalar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az