Ağcabədidə dəhşət - Arvadı, qaynanası və qayınatasını güllələyib, intihar etdi

Qətlə yetirilən Səfərov Ənvər, Səfərova Nazilə və Səfərova Ayfan Ağdam rayonu Mərzili kənd sakinləridir, Ağcabədi rayon ərazisində məskunlasıblar. Quliyev Ələsgər Əşrəf oğlu isə Füzulidə məskunlaşmış Xocavənd sakinidir.
Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin, ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək, özünə atəş açaraq intihar edib.
Məlumata görə, hadisəni törədən dörd uşaq atası olan Quliyev Ələsgər Əşrəf oğlu dayısı qızı ilə ailə qurub, belə ki, qətlə yetirilən şəxslər eyni zamanda onun dayısı, dayısının yoldaşı və qızıdır. (Apa)
AzVision.az