Bakı polisindən qəhrəmanlıq nümunəsi - FOTO
Yanğın zamanı iki elektrik sayğacı və bir neçə metr kabel yanıb. Yanğının evin giriş qapısında başlaması evdə olan azyaşlının çölə çıxmasına imkan verməyib. Dərhal əraziyə Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları cəlb edilib və onlar həmin qız uşağını alovdan xilas ediblər.
Hadisə zamanı ev sahibinin halı pisləşdiyi üçün əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.
Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb. (Anspress)
AzVision.az