AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh-1” sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1997-ci il təvəllüdlü Yusifzadə Sahil İsrail oğlunun axtarışları başa çatıb.
S.Yusifzadənin cəsədi Xidmətin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 700 mertr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 19:40-da başa çatıb.
AzVision.az