`Rus turistlərin Türkiyəyə axını gözlənilmir`

`Rus turistlərin Türkiyəyə axını gözlənilmir`
  30 İyun 2016    Oxunub:4379
“Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması, sanksiyaların aradan götürülməsi rus turistlərinin qərarlarına ciddi təsir göstərməyəcək”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov deyib.

O qeyd edib ki, qısa müddət ərzində rusiyalı turistlərin Türkiyəyə axını gözlənilmir.

“Rusiya və Türkiyə arasında yaranmış problem və embarqo rus turistlərin başqa ölkələrdə istirahət etmək barədə qərarlarına da təsir göstərmişdi. Artıq turistlərin bir çoxu qərarını verib və istirahət məkanlarını seçib. Bu baxımdan hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması rus turistlərin başqa ölkələrə, o cümlədən Azərbaycana gəlişinə mane olmayacaq”.

E.Aslanovun fikrincə, İstanbulda baş verən terror aktı Türkiyənin turizm sektoruna ciddi zərbə vura bilər.
“İstanbulda baş verən terror aktı ölkənin turizminə zərbə kimi qiymətləndirilə bilər. Ona görə də bu il rus turistlərin Azərbaycana gəlməsində problem olmayacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti