Bakıda zavodda partlayış - Cinayət işi açıldı

Bakıda zavodda partlayış - Cinayət işi açıldı
  01 İyul 2016    Oxunub:2624
“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi başlanıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

**

“Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində baş verən partlayış nəticəsində xəsarət alanlardan biri əməliyyat olunub.

AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib.

O bildirib ki, hadisə nəticəsində xəstəxanaya 3 nəfər yerləşdirilib.

Onlardan 1982-ci il təvəllüdlü Natiq Salmanovun səhhəti ağır olduğundan dərhal əməliyyat olunub və hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Əməliyyatdan sonra digər yaralı - 1971-ci il təvəllüdlü Məmməd Kərimov ayaq nayihəsindən sınıqla, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov isə yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib və vəziyyətləri normaldır.

AzVision.az


Teqlər:  





Xəbər lenti