Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batan 2 nəfər xilas edilib
  01 İyul 2016    Oxunub:2163
FHN dənizdə batan şəxləri xilas edib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin, həmçinin Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti