Kür çayında bir nəfər batıb

Kür çayında bir nəfər batıb
  02 İyul 2016    Oxunub:1502
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Kür Qarabuçaq kəndi ərazisindən keçən Kür çayında 1 nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti