Gənclər üçün `ekologiya düşərgəsi` təşkil olunur
Düşərgə iyulun 7-dən 12-dək Qəbələ rayonunda keçiriləcək. Düşərgədə iştirak edənlərin yol, qalmaq, yemək xərcləri təşkilat tərəfindən ödəniləcək.
Düşərgədə iştirak edənlər müsahibə yolu ilə müəyyən ediləcək. İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə
2. Yetkinlik yaşına çatmayanlara valideynlərin razılığı (müsahibədən uğurla keçənlər üçün, yazılı şəkildə)
3. Anket
4. Tibb anketi
5. Sağlamlıq haqqında arayış
Qeyd: Anket və Tibbi anketi [email protected] elektron ünvanına müraciət etməklə əldə etmək olar.
Düşərgədə gənclərə ekologiya ilə bağlı müxtəlif təlimlər, dərslər keçiriləcək.
Düşərgədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına 05.07.2016-cı il tarixinədək müraciət edə bilərlər.
Müsabiqədə 14-25 yaş arası gənclər iştirak edə bilərlər.
Əlavə məlumat almaq istəyənlər 055-684-01-84 nömrəli telefon zəng edə bilərlər.
Qeyd edək ki, iştirakçıların sayı məhduddur.
Teqlər: