ANAMA: Raket hissəsi və top mərmisi tapılıb

ANAMA: Raket hissəsi və top mərmisi tapılıb
  03 İyul 2016    Oxunub:1493
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2 iyul tarixində Agentlik tərəfindən Ağdam və Füzuli rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesalbat açıqlayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Ağdam rayonu Əhmədağalı kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış top mərmisinin qalıqları aşkar edilib.

Füzuli rayonun Horadiz kəndinə isə 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib. Burada 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı) aşkarlanıb. Ümumilikdə, iyulun 2-də gün ərzində 4 200 kv. m ərazi təmizlənib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti