İsmayıllıda 3 nəfərin öldüyü qəzanın Təfərrüatı
Bildirilir ki, Vəndam kəndindən olan 1984-cü il təvəllüdlü Asim Alıyev həmkəndliləri və kiçik qardaşı Rasimlə yaşadıqları Qəbələnin Vəndam kəndindən İsmayıllıya yola düşüblər. Onlar İsmayıllıda yeyib-içdikdən sonra gecə saatlarında kəndə qayıdıblar. Yolda avtomobildə olan şəxslərdən Rəşad Əkbərov avtomobildən düşüb. O, A.Alıyevə maşını içkili halda yüksk sürətlə sürdüyünü bildirib və ölmək istəmədiyini deyərək düşərək uzaqlaşıb. Bir qədər sonra taksi ilə yoluna davam edən R.Əkbərov yoldaşlarının dəhşətli qəzaya düşdüyünü və onlardan üçünün öldüyünü görüb. Avtomobildə olan şəxslərdən yalnız sürücünün 27 yaşlı qardaşı Rasim Alıyev sağ qalıb ki, o da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəzada ölən şəxslərdən Elbrus Həlimov evin tək oğlu olub və hələ ailə qurmayıbmış. Asim Alıyev və Uğur Mürsəlov isə ailəli olub və azyaşlı övladları qalıb.
***
Bu gecə İsmayıllı rayonunda dəhşətli yol qəzası baş verib.
AzVision.az-ın məlumatına görə, İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Alıyev Asim Müsavər oğlu, sərnişinləri, 1983-cü il təvəllüdlü Mürsəlov Uğur Bünyat oğlu və 1987-ci il təvəllüdlü Həlimov Elbrus Elman oğlu aldıqları ağır xəsarətlərdən vəfat ediblər.
Məlum olub ki, ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir. Onlar Bakıdan rayon istiqamtinə hərəkət edirmiş və yüksək sürətlə hərəkət edən avtomobil döngədə idarəetmədən çıxaraq aşıb.