Bakıda güclü partlayış olub - VİDEO

Bakıda güclü partlayış olub - VİDEO
  05 İyul 2016    Oxunub:3644
Gecə saatlarında paytaxtda partlayış səsi eşidilib.
AzVision.az Anspress-ə istinadən xəbər verir ki, Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.

İçkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğu üçün, hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçulub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Faktla əlaqədar araşdırma aparılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti