Gəncədə 13 yaşlı oğlanı maşın vurub

Gəncədə 13 yaşlı oğlanı maşın vurub
  05 İyul 2016    Oxunub:2953
Gəncədə 13 yaşlı yeniyetməni maşın vurub.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Gəncə şəhərinin Şah İsmayıl Xətai prospekti bina 83 ”a”-nın qarşısında baş verib.

Şəhər sakini 13 yaşlı Hikmət Bağırov Gəncə şəhər Abbas Səhət adına şəhər xəstəxanasına gətirilib.

Həkimlərin müayinəsi zamanı yeniyetməyə kəllə beyin diaqnozu qoyulub və vəzyiyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınlarının deməsinə görə Hikmət Bağırovu yaşadığı binanın qarşısında maşın vurub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti