Sumqayıt sakini arvadının sevgilisini öldürüb

Sumqayıt sakini arvadının sevgilisini öldürüb
  05 İyul 2016    Oxunub:2667
Sumqayıt sakini qeyri-rəsmi nikahda yaşadığı xanımın sevgilisini qətlə yetirib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, iyulun 4-də Sumqayıt şəhər sakini Əvəz Qasımov paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində Bakı şəhər sakini Rəhim Süleymanova bıçaqla xəsarət yetirib və nəticədə o, hadisə yerində ölüb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulub.

Qeyd edək ki, qətli törədən Ə.Qasımov həmin evdə qeyri-rəsmi münasibətdə olduğu qadınla yaşayıb. Evə gələrkən onu R.Süleymanovla bir yerdə görüb və onu qətlə yetirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti