Evlənmək istəyən 97 nəfərdə QİÇS tapılıb

“13 ay müddətində 152 min 659 nəfər nikaha girmək üçün müayinə olunub. Onlardan 7503 nəfərdə talassemiya daşıyıcılığı, 507 nəfərdə sifilis, 97 nəfərdə QİÇS aşkarlanıb. Eyni zamanda nikaha girmək istəyən 58 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb”.
Z.Əlimirzəyeva bildirib ki, talassemiya daşıyıcısı olan ailələrdə hamiləlik müşahidə edildiyi zaman onlar tibbi müayinədən keçirlər. “Bu günə qədər 20 cütlükdə hamiləlik müşahidə edildiyi üçün müraciət edib. Onlar 12-18 həftəliyində perinatal diaqnostikadan keçir və dölün talassemiya daşıyıcısı olub, olmadığı müəyyən edilir. Keçən ay daha bir hamiləlikdə döldə talassemiya daşıyıcılığı aşkar edildiyi üçün hamiləlik sonlandırılmışdı. Bu, nikaha girənlərin tibbi müayinəsi tətbiq ediləndən bəri ikinci haldır”.
Aytən Zəhra
AzVision.az