Bakıda 4 maşın toqquşub - FOTOLAR

Bakıda 4 maşın toqquşub - FOTOLAR
  06 İyul 2016    Oxunub:13203
Bakının Yasamal rayonunda yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində qeydə alınıb.

Şahinlərin sözlərinə görə, “Hyundai” markalı avtomobil yoluna çıxan VAZ “2106”lə toqquşub. Daha sonra hər iki maşın yolun eyni istiqamətində hərəkətdə olan “İnfiniti” və “Ford” markalı mikroavtobusa çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Şahidlərin bildirdiyinə görə, avtoqəza VAZ “2106” markalı maşının sürücüsünün səhvi ucbatından baş verib.

















Elvin Abdulla
AzVision.az


Teqlər:  





Xəbər lenti