Şabranda yanğın baş verib

Şabranda yanğın baş verib
  07 İyul 2016    Oxunub:1812
İyulun 7-də Şabran rayonunda yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla bildirir ki, Şabran rayonunun Taxtalar və Surra kənd bələdiyyələrinə (rayon mərkəzindən 12 km aralı) məxsus ərazidə 70 hektar biçilmiş taxıl sahəsi və 130 hektar quru ot və kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə edilib.

Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti