Bakıda məmur yol qəzasında öldü - FOTO
Hadisə zamanı minik maşını deformasiyaya uğrayıb, ağır bədən xəsarətləri alan 37 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Qəzaya ilkin səbəb kimi hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşilması göstərilir.
Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dünyasını dəyişən Ramin Qurbanov Xətai Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mütəxəssis işləyib.
AzVision.az