Qobustanda ağır yol qəzası - 7 yaralı

Qobustanda ağır yol qəzası - 7 yaralı
  08 İyul 2016    Oxunub:2084
Qobustan rayonunda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 86-cı kilometrliyində vətəndaşlara məxsus 2 ədəd "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 7 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:00-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti