Ağcabədidə avtomobil ağaca çırpıldı: 2 ölü

Ağcabədidə avtomobil ağaca çırpıldı: 2 ölü
  08 İyul 2016    Oxunub:1900
Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 7-də saat 17 radələrində Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri, rayon sakinləri Şəhriyar Dədəkişiyev və Mətanət Məmmədova müxtəlif xəsarətlər alıb, xəstəxanaya yerləşdiriliblər.

V. Hüseynquliyev və Ş. Dədəkişiyev orada ölüblər. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti