Bərdə və Biləsuvarda yanğın olub

Bərdə və Biləsuvarda yanğın olub
  09 İyul 2016    Oxunub:1460
Bərdə və Biləsuvar rayonlarında yanğın hadisələri qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 8 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvar rayonu, Bağbanlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan köməkçi tikilinin tavanı 20 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti