Qusarda ana və iki uşağı itkin düşüb
Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, iyunun 17-dən yoxa çıxan şəxslərin yerini müəyyən etmək mümkün olmayıb.
X.Mamedovanın əlamətləri: boyu 160 sm, qara rəngdə qısa saçları, uzunsifət, orta bədən quruluşlu, dişləri taxma olaraq sarı rəngində olan adi metaldan, uzun kirpikləri, qarabəniz, sol yanağında xalı var. Evdən çıxarkən əynində qısaqol don, ayağında cins parçadan olan idman ayaqqabısı olub.
H.Hacıyevin əlamətləri: boyu 130 sm, sarı qısa saçları, mavi gözləri, yumrusifət, ağbəniz, sol qolunda və sinəsində qara rəngdə çox sayda xal var. Evdən çıxarkən əynində tünd göy rəngdə cins şalvar, uzunqol ağ-qara zolaqlı jaket, ayağında qara rəngdə idman ayaqqabısı olub.
N.Hacıyevanın əlamətləri: boyu 100 sm, qara gözləri, qara uzun kiprikləri, ağbəniz yumrusifət, qabaq alt və üst çənədə bütün dişləri çürüyüb.
Bu şəxslər barəsində məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19, (050) 319 -68-86 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.
AzVision.az
Teqlər: