Qəbələ rayonu, Nohurqışlaq kəndində Nohur gölündə 1 nəfər batıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və batan şəxsin axtarışlarına başlanılıb.