Tovuzda ev, Şəkidə maşın yanıb

Tovuzda ev, Şəkidə maşın yanıb
  11 İyul 2016    Oxunub:1601
Tovuz rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Bayramlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kvadratmetr olan ikimərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ot tayası yanğından mühafizə olunub.

Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəki rayonu, Çeşməli kəndində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti