Azərbaycanda 60 yaşdan yuxarı əhalinin sayı artıb

Azərbaycanda 60 yaşdan yuxarı əhalinin sayı artıb
  11 İyul 2016    Oxunub:2701
“Tibbdə əldə olunan nailiyyətlər -uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyaların aradan qaldırılması, xəst¬əliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olub”.
AzVision.az xəbər verir ki, bunu Ş.Həsənov adına "Sağlamlıq Zonası" Sağalma və Reabilitasiya Poliklinikasının baş həkimi Məsməxanım Məcidova bu gün keçirdiyi mətbuat konfrasında deyib.

O bildirib ki, dünyada gedən demoqrafik proseslərdə baş verən dəyişikliklər Azərbaycandan da yan keçməyib: “Dövlət Statistika Komitəsinin verdiyi son üç ilin göstəricilərinə əsasən, 2013-2015-ci illərin məlumatları Respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artan dinamika ilə getdiyi barədə xəbər verir. Bu xüsusən 60-74, 7¬5-89 yaş qruplarında özünü daha çox büruz¬ə verir. 2013-cü ildə orta ömür həddi 742 olubsa (kişilər 71.6, qadınlar 76.7), 2015-ci ildə bu göstərici 75.2-dir (kişilər 72.7, qadınlar 77.6). Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşıb”.

M.Məcidovanın sözlərinə görə, əhalinin qocalma problemi ilə əlaqədar müxtəlif sahələrin mütəxəssislərinin bir araya toplanması təsadüfü deyil: “Qocalıqla mübarizə, ömrün uzadılması, aktiv uzunömürlülüyə nail olmaq probleminin həlli ilə məşğul olan elm-Herontologiya elmi özündə bir neçə istiqaməti birləşdirir. Həmin istiqamətlərdən biri də heriatriya bölməsidir ki, bu da yaşlı insanlarda xəstələnmə hallarının xüsusiyyətlərini öyrənən bölmədir".

O qeyd edib ki, Səbail rayonunda 16 500 vətəndaşdan 1613-ı ahıl şəxsdir: "Həmin ahıllardan 8-i aktiv nəzarətimiz altındadır. Elə ahıllar var ki, onları övladları atsalar da, qocalar evinə getmək istəmirlər. Belə halların qarşısı almaq üçün tədbirlər görülməlidir. Yaşlılara qarşı xüsusi diqqət göstərməliyik".

Baş həkimin sözlərinə görə, ahıl xəstələrdə ən çox xroniki xəstəliklərə rast gəlinir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti