Yük maşını BMW ilə toqquşdu: 3 ölü
01-BO-203 dövlət nömrə-nişanlı “KamAZ” markalı yük avtomobili ilə 90-HR-095 dövlət nömrə-nişanlı BMW markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
AzVision.az
Teqlər: